06 May 2024
İranın Azərbaycanla bağlı terror və xaos planı

İranın Azərbaycanla bağlı terror və xaos planı

19 Noyabr 2022
Baxış: 352

Dövlət və cəmiyyət olaraq ayıq-sayıqlığımız yenə sınağa çəkilib; təhlükəsizlik eksperti: “Sabah ən ağır terror aktı törətsələr belə...”

“Heç bir səlahiyyəti olmayan İran prezidenti və parlamenti kimi, Azərbaycanda da hakimi-mütləq ayətullah rejimi yaratmaq istəyirlər”.

Bu fikri Milli Məclisin sabiq sədri Rəsul Quliyev öz facebook səhifəsində yazıb.

Eks-spiker həmçinin yazıb: “İran Azərbaycan üçün çox böyük təhlükədir. Azərbaycanın beynəlxalq aləmdə, türk dünyasında nüfuzunun qalxması Tehranı qıcıqlandırır. İlk növbədə Azərbaycanı İran agentlərindən tam təmizləmək, onları xalqdan izolyasiya etmək lazımdır. Ölkə daxilində dini reformaların edilməsi, indiki dini liderlərin İranın tabeçiliyindən azad edilməsi çox zəruridir. Dünyada saysız-hesabsız düşməni olan İran heç vaxt Azərbaycana qarşı birbaşa aqressiya cəsarət etməz. Ancaq daxili agentlərindən istifadə edib terror və xaos yarada bilər”.

Terror və xaos... Təbii ki, Azərbaycan xüsusi xidmət orqanları bu xüsusda cənub qonşumuzdan gələn təhlükə və təhdidləri, İranın buradakı, hətta məscidlərimizdə kök salmış casus şəbəkəsini maksimum dərəcədə ciddiyə alır. Bəs getdikcə dünyadan daha çox təcrid olunan və daha da aqressivləşən fars rejiminin bu yöndə imkanları nə yerdədir, 44 günlük müharibədə sonra onun ölkəmizdə terror və xaos yaratmaq resursları artıb, yoxsa azalmağa doğru gedir?

“Yeni Müsavat”