02 May 2024
İran naziri: "Ermənistana gedən yolun bağlanması işimizi çətinləşdirdi"

İran naziri: "Ermənistana gedən yolun bağlanması işimizi çətinləşdirdi"

27 Avqust 2021
Baxış: 601

Ermənistanla İran arasında yük daşımaları üçün alternativ yoldan istifadə olunur.

AJMEDİA.İNFO modern.az-a istinadən xəbər verir ki, İran Gorus-Qafan yolunun bağlanması səbəbilə yaranmış vəziyyətin Ermənistan tərəfindən tezliklə həll olunmağını istəyir.

“İran yük maşınları Mehri yaxınlığında sərbəst şəkildə Ermənistanla sərhədi keçir, amma əsas problem bundan sonra başlayır – İrəvana gedərkən. İndi nəqliyyat yoldan çıxır, amma bu yol iri yük maşınlarının hərəkəti üçün yararsızdır. İndi Ermənistanda problemi həll etməyə çalışırlar”,- deyə İran İqtisadiyyat naziri Fərhad Dejpəsənd yollarındakı vəziyyət barədə danışarkən bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür Zəngəzurdan keçən Gorus-Qafan yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanıb.