15 May 2024
İcra başçısının GÖZÜ TUTULDU - ƏMƏLİYYAT OLUNDU

İcra başçısının GÖZÜ TUTULDU - ƏMƏLİYYAT OLUNDU

28 Aprel 2022
Baxış: 610

Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevdən xəbər var.

AJMEDİA.İNFO qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq icra başçısının səhhətində yaranan ciddi problemlər səbəbindən sağ gözü tutulub. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

İbrahim Mehdiyev açıqlamasında xəbəri təsdiqləyib: "Səhhətimdə bəzi narahatçılıqlar var. Sağ gözümü mirvari suyu (katarakta) tutmuşdu. Görmə qabiliyyətim çox zəifləmişdi. Əməliyyat olundum. Bu gün xəstəxanadan çıxdım”.

İbrahim Mehdiyev icra başçısı vəzifəsindən azad olunandan sonra - 2018-ci ildə ürəyindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, İbrahim Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının 1 iyul 2017-cı il tarixli sərəncamı ilə vəzifəsindən azad olunub.