02 May 2024
Hindistanın “Tejas” qırıcılarına İsrail raketləri inteqrasiya edilib

Hindistanın “Tejas” qırıcılarına İsrail raketləri inteqrasiya edilib

29 Aprel 2021
Baxış: 1347

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) “Tejas” yüngül hücum təyyarələrinə İsrail istehsalı “Python-5” adlı “hava-hava” tipli raketləri inteqrasiya edib. ajmedia.info xəbər portalı "Ordu.az"a istinadən xəbər verir ki, bu barədə DRDO “Twitter” səhifəsində məlumat verib.

DRDO dünən raketlərin sınaqları həyata keçirib. Sınaqların uğurla başa çatdığı bildirilir.

“Python-5” İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanmış beşinci nəsil “hava-hava” raketidir. Raket ondan çox ölkədə xidmət göstərir və “Spyder-SR” zenit raket sistemində də istifadə olunur.