02 May 2024
Hindistanın Çinlə sərhəddə silahlı qarşıdurma zamanı 20 hərbçisi ölüb

Hindistanın Çinlə sərhəddə silahlı qarşıdurma zamanı 20 hərbçisi ölüb

17 İyun 2020
Baxış: 412

Hindistan Silahlı Qüvvələrinin Çinlə Ladax sərhəd məntəqəsində silahlı toqquşma nəticəsində biri zabit olmaqla 20 hərbçisi ölüb.

AJM xəbər verir ki, bu barədə “The Hindustan Times” nəşrində məlumat dərc edilib.

Çin tərəfdən də itkilərin olduğu bildirilsə də, onların sayı müəyyən edilməyib.

“Sputnik”in məlumatına görə, 130-dan çox hind əsgəri yaralanıb, itkinlərin sayının daha da artacağı bildirilir.

Qeyd edək ki, Qalvan Vadisi adlanan bölgə Hindistanla Çin arasında 1962-ci ildən bəri mübahisəli ərazi olaraq qalmaqdadır.

Teqlər: Hindistan