15 May 2024
Həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

03 Yanvar 2022
Baxış: 513

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Yardımlı rayonunda qətl törətməkdə təqsirləndirilən Asif Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 12-də rayonun Arvana kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü A.Ağayevlə həmkəndlisi, 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında mübahisəsi yaranıb. Nəticədə o, həmkəndlisinin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq qətlə yetirib.

A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəili sürülüb.