15 May 2024
General ELAN ETDİ - Daha bir ölkə Rusiya ilə müharibə hazırlığına BAŞLADI

General ELAN ETDİ - Daha bir ölkə Rusiya ilə müharibə hazırlığına BAŞLADI

08 Sentyabr 2022
Baxış: 466

Polşa müdafiə nazirinin müavini general Marçin Oçepa yaxın 10 ildə Rusiya ilə müharibə riskinin çox yüksək olduğunu və buna hazırlıq üçün orduda islahatlara başladıqlarını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, qarşıdakı dövrdə Polşa ordusunun silahlandırılmasına diqqət yetiriləcəyini söyləyib.

“Qarşıdakı 3-10 il müddətində Rusiya ilə ciddi müharibə riski var. Polşa ordusunu maksimum səviyyədə yenidən silahlandırmaq üçün bu müddətdən yaxşı istifadə etməliyik”, - Polşa rəsmisi bildirib.Polşa Müdafiə Nazirliyinin tarixinin ən iddialı silahlanma proqramını həyata keçirdiyini deyən Oçepa tanklar, özüyeriyən haubitsalar, çoxfunksiyalı reaktiv yaylım atəşi sistemləri və dron almaq istədiklərini vurğulayıb.

Oçepa qarşıdakı 10 il ərzində Polşa ordusundakı canlı qüvvə sayının 300 minə çatdırılacağını da bildirib.(teleqraf.com)