02 May 2024
Ermənistan Qarabağa peşəkar döyüşçülər GÖNDƏRİR

Ermənistan Qarabağa peşəkar döyüşçülər GÖNDƏRİR

29 İyun 2022
Baxış: 459

Erməni döyüşçüləri Azərbaycana gəlirlər.

AJMEDİA.İNFO konkret.az-a istinadən xəbər verir ki, bu birmənalı bəyanatla Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyan çıxış edib.Ermənistan Müdafiə Nazirliyinin müqaviləli əsgərləri Azərbaycan ərazisində hərbi xidmət keçəcək.

“Qarabağda daha Ermənistandan çağırışçı əsgər olmayacaq, onları müqaviləli əsgərlər əvəz edəcək”, – Saakyan deyib.

Saakyanın bu bəyanatı Azərbaycan və Ermənistan arasında danışıqlar platformasındakı çətin vəziyyəti daha da gərginləşdirir.

Əslində, Saakyan erməni valideynlərə bu xəbəri çatdırmaqla İrəvan hökumətinin aşkar hiyləgər planlarını ifşa edib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində hərbi mövcudluğunu saxlamaq niyyətində olan Ermənistan Qarabağın Rusiyanın nəzarətində olan hissəsinə peşəkar döyüşçülər göndərəcək.

Ermənistan həqiqətən də Azərbaycanla tezliklə hərtərəfli sülhə nail olmaq istəyirsə, bəs niyə Qarabağda yerləşən sülhməramlıların müvəqqəti məsuliyyət zonasına öz silahlı qruplaşmasını göndərir?

Əgər Ermənistan ordusu Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı kimi gətirilirsə, onda rus sülhməramlılar nəyə və kimə lazımdır?

Yəqin ki, Ermənistan rəhbərliyi bu suallara tezliklə aydınlıq gətirəcək. Azərbaycanın “Dəmir yumruğ”u isə həmişə hazır vəziyyətdədir.