06 May 2024
Ermənistan Kəlbəcəri də ATƏŞƏ TUTDU - CAVAB ATƏŞİ AÇILDI

Ermənistan Kəlbəcəri də ATƏŞƏ TUTDU - CAVAB ATƏŞİ AÇILDI

15 İyul 2021
Baxış: 369

İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.