06 May 2024
Ermənilər Şuşa haqqında mahnı oxudular: Musiqisi Azərbaycandan oğurlanıb - VİDEO

Ermənilər Şuşa haqqında mahnı oxudular: Musiqisi Azərbaycandan oğurlanıb - VİDEO

02 Fevral 2022
Baxış: 485

Erməni müğənni Şuşan Petrosyan Azərbaycanın işğaldan azad edilmiş qədim şəhəri Şuşa şəhərinə mahnı həsr edib.

AJMEDİA.İNFO olay-a istinadən xəbər verir ki, o, ifasını 30 illik işğal müddətində Şuşaya qoyduqları qondarma ad olan “Şuşi” adlandırıb.

Lakin əsas məsələ budur ki, sözügedən mahnının musiqisi də Azərbaycandan oğurlanıb. İfanın musiqisi Abbas Əhmədin illər öncə bəstələyib səsləndirdiyi “Ürəyim yanar” mahnısının plagiatıdır.

Şuşanın işğalda olduğu vaxtlardan qalan görüntülər əsasında hazırlanan klip YouTube platformasına yerləşdirilib. Söz və musiqisinin isə Anna Bousa məxsus olduğu qeyd olunub.