06 May 2024
Ermənilər Araz çayı sahilində donuz qaçırmaq istəyərkən MEŞƏNİ YANDIRDILAR - FOTOLAR

Ermənilər Araz çayı sahilində donuz qaçırmaq istəyərkən MEŞƏNİ YANDIRDILAR - FOTOLAR

12 Aprel 2022
Baxış: 455

Türkiyə-Ermənistan sərhədində yanğın olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yanğına Araz çayının sahilində qamışlıq əraziyə sığınan donuzları qaçırmaq istəyən ermənilər səbəb olub.

Belə ki, yanğın qısa müddətdə meşəlik əraziyə keçib. Qeyd edilib ki, yanğın Türkiyənin Tuluzca rayonunun Turabi kəndinə yaxınlaşıb.

Əlavə edilib ki, bir neçə saat keçməsinə baxmayaraq, Ermənistan tərəfi yanğının söndürülməsi üçün heç bir tədbir görməyib.



(pravda.az)