02 May 2024
Əri tərəfindən qətlə yetirilən 20 yaşlı Leylanın və 8 aylıq körpəsinin FOTOLARI

Əri tərəfindən qətlə yetirilən 20 yaşlı Leylanın və 8 aylıq körpəsinin FOTOLARI

23 İyun 2023
Baxış: 1219

Xəbər verdiyimiz kimi, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 30 yaşlı Fərid Hüseynli 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirib.

Aparılmış araşdırmalarla F. Hüseynlinin arvadı L. Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

20 yaşlı Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.

AJMEDİA.İNFO Redaktor.az-a istinadən ana ilə qızının fotolarını təqdim edir: