06 May 2024
David Seliverstov: - Bu günlərdə Quba-Qusar rayonlarında 107 şəhid ailəsinə bayram sovqatları paylanılıb - FOTOLAR

David Seliverstov: - Bu günlərdə Quba-Qusar rayonlarında 107 şəhid ailəsinə bayram sovqatları paylanılıb - FOTOLAR

19 Mart 2024
Baxış: 917

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfəri bizə yaşadan və şəhidlik zirvəsinə ucalmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bu bayram günlərində, dərin ehtiramla yad olunur, onların ölməz ruhlarına dualar oxunur və igid qazilərimizə şəfalar diləyirik".

“Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri, “Magen David Azərbaycan”nın direktoru David Seliverstov “Magen David Azərbaycan” və "STMEGİ" fondu tərəfindən şəhid ailələrinə daim diqqət və qayğı göstərildiyini AJMEDİA.İNFO-a bildirib.

Bu günlərdə Milli Məclisin deputatı Anatoliy Rafailovun təşəbbüsü ilə Quba-Qusar rayonlarında 107 şəhid ailəsinə bayram sovqatları paylanılıb. “Magen David Azərbaycan”, “STMEGİ” Beynəlxalq Dağ Yəhudiləri Fonduna verdiyi dəstəyə görə təşəkkür edir.

Şəhid ailələrinə ziyarət zamanı, Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından ürəkdolusu sözlər açılır. Qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza bir daha minnətdarlıq ifadə olunur.

Bu gün, bu bayram günlərində hamımızın ən dəyərli arzusu işğaldan azad olunmuş rayonlarımıza Böyük Qayıdışın sülh və əmin-amanlıq şəraitində olması və doğma Qarabağımızın qısa müddətdə dirçəlməsi və dünyanın ən gözəl diyarlarından birinə çevirilməsidir.

Bayram münasibətilə hər bir şəhid ailəsinə diqqətlə göstərmək, onların problemlərinə həssaslıqla yanaşmaq
bizim borcumuzdur.
Bu gün hissini bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir və qarşılarında baş əyirik.

Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото