06 May 2024
Daha bir hərbi qulluqçumuz Kəlbəcərdə həlak olub - RƏSMİ

Daha bir hərbi qulluqçumuz Kəlbəcərdə həlak olub - RƏSMİ

17 İyun 2021
Baxış: 620

Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu Kəlbəcərdə göldə çimərkən boğularaq həlak olub.

AJMEDİA.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, İlham Fərzəliyev Vətən müharibəsində iştirak edib və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.