06 May 2024
Bulvarda qadın uşaqla özünü dənizə atdı - VİDEO

Bulvarda qadın uşaqla özünü dənizə atdı - VİDEO

23 May 2023
Baxış: 513

Bakıda Dənizkənarı Bulvarda intihara cəhd hadisəsi olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib. pravda.az