06 May 2024
Bu ölkə də Putinin tələbinə "YOX" DEDİ

Bu ölkə də Putinin tələbinə "YOX" DEDİ

31 Mart 2022
Baxış: 436

Avstriya Aİ-nin digər üzvü ölkələri kimi Rusiyanın təbii qaz tədarükü üçün rublla ödəniş etmək tələbinə əməl etməyəcək.

AJMEDİA.İNFO publika.az-a istinadən xəbər verir ki, bunu “PULS 4” telekanalına müsahibəsində Avstriyanın federal müdafiə naziri Klaudiya Tanner deyib.

“Biz rublla ödəniş etməyəcəyik. Və burada biz Avropa İttifaqının digər ölkələri ilə birləşmişik və bu vacibdir”, – deyə Tanner bildirib.

Onun sözlərinə görə, Avstriya hökuməti enerji çağırışlarına cavab vermək, xüsusən də fərdi ev təsərrüfatlarının qaz təchizatını təmin etmək üçün bütün lazımi qanunvericilik imkanlarına malikdir.

Avstriyanın ARA xəbər agentliyi çərşənbə günü bildirib ki, Avstriya qazla bağlı fövqəladə vəziyyət halında planında erkən xəbərdarlıq səviyyəsini elan edir. Buna səbəb Rusiya Federasiyasının gələcək qaz tədarükünün yalnız rublla ödənilməsi barədə bəyanatı olub.

Fövqəladə hallar planının bu birinci mərhələsi nəzarət və monitorinq sisteminin gücləndirilməsini nəzərdə tutur. Enerji təchizatına nəzarət tədbirləri, məsələn, tənzimləmə, hazırda planlaşdırılmır – onlar planın üçüncü səviyyəsində nəzərdə tutulub.

Eyni zamanda, Avstriyanın Energetika Nazirliyi bəyan edib ki, hazırda Rusiyadan qaz tədarükü məhdudiyyətsizdir. Agentliyin məlumatına görə, Rusiyanın qaz anbarları 13% doludur ki, bu da son illərin orta göstəricisidir.