06 May 2024
Bu ixtisasların keçid balları yüksək olacaq - Abituriyentlərin NƏZƏRİNƏ!

Bu ixtisasların keçid balları yüksək olacaq - Abituriyentlərin NƏZƏRİNƏ!

16 Avqust 2022
Baxış: 520

“Bu il birinci qrupda 5279 nəfər ötən ildən çox sənəd verib. Bu onu göstərir ki, birinci qrupda kompüter mühəndisliyi və digər informasiya texnologiyaları ilə bağlı ixtisaslarda keçid balları yüksək olacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

DİM sədri qeyd edib ki, 10 il əvvəl kimsə desəydi ki, hüquq fakültəsinin keçid balı informatika ixtisasından aşağı olacaq, heç kim inanmazdı. Lakin bu il ola bilsin ki, bəzi universitetlərdə belə olacaq.

“15 il əvvəl ən yüksək reytinqli ixtisaslar banklarla bağlı idi. Lakin hazırda dünyadakı vəziyyət II qrupda ixtisaslara keçid ballarını aşağı salıb. Hazırda ərzaq təhlükəsizliyi ilə bağlı dünyada vəziyyət elədir ki, 5-6 ildən sonra kənd təsərrüfatı sahəsində çalışan insanlar üçün əmək bazarında yaxşı iş yeri imkanları olacaq”. (qafqazinfo)