02 May 2024
Bu gün Azərbaycanın milli qürur simvoluna çevrilmiş Albert Aqarunovun doğum günüdür

Bu gün Azərbaycanın milli qürur simvoluna çevrilmiş Albert Aqarunovun doğum günüdür

25 Aprel 2023
Baxış: 1028

Bu gün hər bir yəhudilərin və azərbaycanlıların qəlblərində yaşayan Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orconikidze rayonunun Əmircan qəsəbəsində anadan olmuşdur. Doqquz qardaşı və iki bacısı olan Albert ailəsinin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovun ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, onlar sonradan Əmircana köçmüşdülər. Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. Anası Lio sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülmüşdür; bu titul çoxsaylı uşağı olan analara verilirdi.

Albert uşaq yaşlarından musiqilə maraqlanmış, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi. Aqarunov Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkizinci sinfini bitirmiş, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. O, 1987-ci ildə SSRİ ordu sıralarında hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Aqarunov starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunmuş, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.

1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T-72 tankını idarə etməyi öyrədirdi.

O, sonra Elçin Məmmədovun başçılıq etdiyi 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə tank komandiri təyin edilmiş və tank komandiri kimi Şuşaya yollanmış, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində erməni qüvvələri ilə gedən intensiv döyüşlərdə iştirak etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. Həmçinin, onun erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşan zaman bir mərmi ilə iki tankı vurduğu iddia edilmişdir. Buna görə də bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını almışdır. Ermənilər bu səbəblərə görə onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, burada tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların nəşinin üstündən keçməməyi tapşırmış və ona yol göstərmək üçün tankdan enmişdir. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur.

Kapitan Aqarunovun 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk əsgərlərdən biri olmuşdur. Medal Aqarunovun bacısı Sofiya Məmmədovaya 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən təqdim edilmişdir. Aqarunov həmçinin, 2014-cü ildə "Vətən Övladı" ordeni, 2016-cı ildə isə "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.

Aqarunov Azərbaycanın milli qürur simvoluna çevrilmişdir, irsi ən çox yad edilən müharibə qəhrəmanlarındandır. Onun şərəfinə xatirə lövhələri, büst, küçə və həmin küçədə heykəl mövcuddur.

.

.

.

Süleyman Musazadə