02 May 2024
Bakıda polis arvadını niyə öldürdü? – Dəhşətli qətlin TƏFƏRRÜATLARI

Bakıda polis arvadını niyə öldürdü? – Dəhşətli qətlin TƏFƏRRÜATLARI

30 Sentyabr 2021
Baxış: 622

Arvadını xidməti silahlı ilə güllələyərək öldürməkdə təqsirli bilinən Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədov rayon prokurorluğunda ifadə verib.

AJMEDİA.İNFO xəbər verir ki, İsmayıl Məmmədov ifadəsində törətdiyi əməli etiraf edib və həyat yoldaşının onun barəsində polisə şikayət etməsi üstündə törətdiyini deyib.

Əri tərəfindən döyülən Xanım Məmmədova sentyabrın 30-da, səhər saatlarında 24-cü polis şöbəsinə gəlib və ərinin onu döyməsi ilə bağlı şikayət edib.

Bildirib ki, əri ilə ailədaxili münaqişələri olub və buna görə də onun tərəfindən dəfələrlə döyülüb, işgəncələrə məruz qalıb.

Xanım Məmmədovanın polis şöbəsində şikayət yazdığını öyrənən İsmayıl Məmmədov ora gəlib. O, polis şöbəsinə girib və arvadı ilə yenidən mübahisə edib.

Mübahisə zamanı İsmayıl Məmmədov ona təhkim olunmuş xidməti silahından açdığı atəş nəticəsində onu öldürüb.

Qeyd edək ki, sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat Nizami rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Onların bir qız, bir oğlu olub. Böyük uşaqları bu il birinci sinfə gedib.