02 May 2024
Bakıda məşhur restoranda YANĞIN - FOTO/VİDEO

Bakıda məşhur restoranda YANĞIN - FOTO/VİDEO

22 Dekabr 2021
Baxış: 633

Bakıda restoranda yanğın baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.