02 May 2024
Bakı metrosunda sərnişin ÖLDÜ - SON DƏQİQƏ!

Bakı metrosunda sərnişin ÖLDÜ - SON DƏQİQƏ!

24 Yanvar 2024
Baxış: 268

Metronun “Həzi Aslanov”- “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşib. Bununla bağlı maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dispetçerin müvafiq tapşırığına uyğun olaraq “Qara Qarayev” stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimala görə, 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.