06 May 2024
Azərbaycanda ünvanlı sosial yardımın məbləği ARTIRILIB bu qədər OLUB

Azərbaycanda ünvanlı sosial yardımın məbləği ARTIRILIB bu qədər OLUB

18 İyul 2022
Baxış: 552

Azərbaycanda dövlət vəsaiti hesabına verilən ünvanlı sosial yardımın məbləği bu il 35 faiz artıb.

AJMEDİA.İNFO Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 90 manat artaraq 347 manata çatıb.


Qeyd edək ki, ünvanlı sosial yardım ehtiyac meyarı əsasında müəyyənləşdirilir. Bu il ehtiyac meyarının məbləği 170 manatdan 200 manata çatdırılıb ki, bunun sayəsində də ünvanlı yardımın məbləği yüksəlib.

Hazırda 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur.