15 May 2024
Azərbaycanda polis ağır qəza törətdi - ÖLƏN VAR

Azərbaycanda polis ağır qəza törətdi - ÖLƏN VAR

27 May 2022
Baxış: 646

Xaçmazda polis əməkdaşı idarə etdiyi avtomobillə piyadanı vurub.

AJMEDİA.İNFO-nun Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə bu gecə saat 01 radələrində Gəndob-Yalama yolunun Xaçmazın Ləcət kəndində baş verib.

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin manqa komandiri, polis baş serjantı Azər Dadaşovun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə vurduğu 1969-cu il təvəllüdlü Elçin Qədiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.