15 May 2024
Azərbaycanda bu “ASAN xidmət” mərkəzi BAĞLANIR

Azərbaycanda bu “ASAN xidmət” mərkəzi BAĞLANIR

28 Fevral 2024
Baxış: 399

Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.

Bu barədə AJMEDİA.İNFO-ya “ASAN xidmət”dən məlumat verilib.

​Vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.



​Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələri xahiş olunub.