15 May 2024
"Azərbaycan 41 kv.m ərazimizi İŞĞAL EDİB" - PAŞİNYAN

"Azərbaycan 41 kv.m ərazimizi İŞĞAL EDİB" - PAŞİNYAN

17 Noyabr 2021
Baxış: 706

Nikol Paşinyan beynəlxalq ictimaiyyətə müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, sərhəddəki gərginliklə bağlı TŞ-nın təcili toplantısında Paşinyan bir sıra bəyanatlar verib.

Onlardan bir neçəsini təqdim edirik:

“Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə hərəkətləri Ermənistanın suveren ərazisinə birbaşa təcavüzdür. Mayın 12-dən bu yana Azərbaycan 41 kv.m ərazi işğal edib”.

Daha sonra o, Beynəlxalq tərəfdaşlarını susqunluqda günahlandırıb.

“Beynəlxalq tərəfdaşlarımızın susqunluğu şəraitində Azərbaycan təcavüzkar hərəkətlərini davam etdirir. Bəli, bu gün ağır gün yaşadıq, çətin günlərdən keçirik, amma bu gün göstərdik ki, biz buradayıq, varıq, dövlətik və bizimlə güc dili ilə danışmaq mümkün deyil. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın təcavüzkar hərəkətlərini pisləyən konkret, məqsədyönlü bəyanatla çıxış etməyə çağırırıq”, – deyə Nikol Paşinyan bildirib.(konkret.az)

Teqlər: Paşinyan