15 May 2024
ABŞ və Rusiya əsgərlərinin son görüntüləri GÜNDƏM OLDU: DİQQƏT ÇƏKƏN DETAL - FOTO

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri GÜNDƏM OLDU: DİQQƏT ÇƏKƏN DETAL - FOTO

11 Oktyabr 2022
Baxış: 421

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri gündəm olub.

AJMEDİA.İNFO bildirir ki, Türkiyədən cəmi 6 kilometr uzaqlıqda olan Əl Qəhtaniyyədə qarşılaşan Amerika və Rusiya konvoyları “Agence-France Presse” (AFP) xəbər agentliyi üçün birlikdə pozalar verib. Beynəlxalq agentliyin fotomüxbiri Dəlil Süleymanın imzası ilə çəkilən kadrlarda əsgərlərin neft yatağının yaxınlığında gülümsəyərək obyektivlərə baxdıqları görülüb.

AFP-nin “Rusiya və Amerika əsgərləri Suriyada nadir dostluq nümayiş etdirdi” başlığı ilə təqdim etdiyi xəbərin fotoşəkillərində diqqət çəkən başqa bir detal isə Ukrayna işğalının simvolu halına gələn “Z” hərfinin Rusiya zirehli maşınlarında açıq şəkildə görünməsi olub. Agentlik vurğulayıb ki, bu, supergüclərin qoşunlarının Suriyanın şimalında ilk kəsişməsi olmasa da, əvvəlki görüşlərdə ara-sıra gərginlik yaşanıb:

“Bu dəfə isə nadir addım atıldı – bir-birinin yanından keçən konvoylar dayandı, əsgərlər maşınlardan düşüb görüşdülər, danışıb foto çəkdirdilər. Vaşinqton və Moskva arasındakı pis münasibətlərə baxmayaraq, Əl Qəhtaniyyədəki görüş dostluq şəraitində keçib”.

Digər tərəfdən “BBC” Rusiya sosial şəbəkələrində yayılan videolardan birindəki maraqlı nüansı vurğulayıb. Qeyd olunub ki, əsgərlərin görüşünü əks etdirən videogörüntülərdə amerikalılar yola düşərkən ruslardan biri öz dilində onları məğlub edəcəyinə söz verib.(sfera.az)