15 May 2024
ABŞ-da silahlı insident, polislər yaralandı

ABŞ-da silahlı insident, polislər yaralandı

23 Oktyabr 2021
Baxış: 657

ABŞ-ın Florida ştatının Doral şəhərində polis bölməsi yaxınlığında silahlı insident olub.

Atışma nəticəsində 2 polis əməkdaşı güllələnib. Onlar xəstəxanaya yerləşdiriliblər, birinin vəziyyəti ağırdır.

Silahlı şəxsə cavab atəşi açılıb və o öldürülüb.

Polis hadisə ilə bağlı araşdırma aparır. (Qafqazinfo.az)