02 May 2024
31 nəfərin həyatını xilas etdi: 142 il HƏBS CƏZASI ALDI

31 nəfərin həyatını xilas etdi: 142 il HƏBS CƏZASI ALDI

28 İyun 2021
Baxış: 638

Yunanıstan məhkəməsi Egey dənizində miqrantları xilas edən şəxsi başqa bir maddə ilə həbs edib.

AJMEDİA.İNFO Türkiyə mətbuatına istinadla xəbər verir ki, Egey dənizində miqrantları daşıyan qayığın sürücüsü yarı yolda qayığı tərk edib getdikdən sonra 31 miqrant ölüm təhlükəsi ilə üzləşib.

Bunu görən miqrantlardan biri, Somali vətəndaşı Muhammed Abdi Hanad qayığı özü idarəetməyə başlayıb və miqrantları dənizdə ölüm təhlükəsindən xilas edib:

“Dalğalarla mübarizə apararkən qayıqda olan 2 qadın gözlərimizin önündə dənizə düşərək boğulub öldü. Başqa çarəm yox idi, hamımız ölə bilərdik. Ona görə, qayığı özüm idarəetməyə başladım”.

Ancaq, Yunanıstana çatdıqdan sonra Muhammed Abdi Hanad həbs olunub. Keçirilən məhkəmədə o, qanunsuz miqrant daşıdığı üçün 142 il müddətinə azadlıqdan məhrum edilib.