22 May 2024
Zelenski Londondakı villasını RUSLARA KİRAYƏ VERİB – ŞOK İDDİA

Zelenski Londondakı villasını RUSLARA KİRAYƏ VERİB – ŞOK İDDİA

01 Sentyabr 2022
Baxış: 354

Ukrayna lideri Zelenski ilə bağlı son iddialar səs-küy yaradıb.

AJMEDİA.İNFO bildirir ki, İtaliyanın “Il Tirreno” qəzetinin məlumatına görə, Zelenski avqust ayı üçün Toskanadakı lüks villasını kirayə verib. Məsələ isə kirayə biznesi deyil, evin kimə kirayə verilməsi ilə bağlıdır.

Xəbərə görə, Zelenski villasını ruslara icarəyə verib. Belə ki, rusiyalı cütlük Londonda yerləşən villanı avqust ayı üçün icarəyə götürərək 50 min avro ödəyib. Qeyd olunub ki, sahilyanı Forte dei Marmi şəhərində olan villanı Zelenski hələ aktyor olarkən dörd milyon avroya alıb.

Qəzet yazıb ki, cütlüyün sosial mediada paylaşdığı fotolar da onlarln prezindetin mülkündə qaldığını təsdiqləyib.

Digər İtaliya qəzeti “Corriere Della Serra” da əmlakı idarə edən daşınmaz əmlak agenti ilə əlaqə saxlayıb.

“İcarəçilər rus deyildilər, amma daha çox şey deyə bilmərəm, çünki şəxsi məlumatlar toxunulmazdır”, - deyə rieltor söyləyib. Qəzet kirayəçilərin çox güman ki, rus əsilli olduğunu, lakin uzun müddət Böyük Britaniyada yaşadıqlarını və bəlkə də Britaniya vətəndaşlığına sahib olduqlarını vurğulayıb.(sfera.az)