15 May 2024
"Zelenski, arxaya baxmadan Qərbə qaç" - Kadırovdan Ukrayna liderinə "TÖVSİYƏ"

"Zelenski, arxaya baxmadan Qərbə qaç" - Kadırovdan Ukrayna liderinə "TÖVSİYƏ"

10 Oktyabr 2022
Baxış: 473

Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyevdə və Ukraynanın bir sıra digər şəhərlərində partlayışlardan sonra, Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, Kadırov bu barədə "Telegram" kanalında yazıb.

O, Zelenskiyə arxaya baxmadan Qərbə qaçmağı tövsiyə edib: "Zelenski Kiyevə və digər şəhərlərə atılan raketlərdən şikayətlənir. Bəs sən, Zelenski, necə düşündün: sən bacarırsan, amma başqaları bacarmır? Yəni, səkkiz il ərzində mülki əhalini bombalamaq, LDXR şəhərlərinin infrastrukturunu dağıtmaq, AES-i mərmilərlə vurmaq, körpüləri partlatmaq, mühüm obyektləri atəşə tutmaq mümkün idi, ancaq başınıza gələndə birdən-birə kimsə üçün qeyri-mümkün oldu?"

Çeçenistan rəhbəri əlavə edib ki, hazırda xüsusi əməliyyatın keçirilməsindən 100% razıdır.(unikal)