15 May 2024
"Yüksək zənginləşdirilmiş uranı dərman üçün istifadə edəcəyik" - İrandan GÜLÜNC AÇIQLAMA

"Yüksək zənginləşdirilmiş uranı dərman üçün istifadə edəcəyik" - İrandan GÜLÜNC AÇIQLAMA

07 Aprel 2022
Baxış: 370

İran tərkibində uran izlərinin olduğu iddia edilən 4 məntəqə ilə bağlı sənədləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim edib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami bildirib:

“Sənədləri martın 20-də MAQATE-yə təqdim etdik. Onlar bu sənədləri araşdırdılar və yekun nəticə ilə bağlı MAQATE nümayəndələri bu yaxınlarda İrana səfər edəcəklər”.

İranın 60 faiz saflıqda yüksək səviyyədə zənginləşdirilmiş uranı saxlaması ilə bağlı xəbərlərə İslami “Yüksək zənginləşdirilmiş uranın miqdarı təxminən 2.5 kiloqramdır və dərman məqsədləri üçün istifadə ediləcək “- əlavə edib.

Xatırladaq ki, MAQATE İranın nüvə proqramının yoxlama və müşahidə fəaliyyətlərində problemlərin olduğunu bildirərək təftiş olunmayan 4 nöqtəyə giriş istəyib.