Prezidentdən Agentliyin fəaliyyəti ilə bağlı FƏRMAN
8 saat əvvəlYerə təhlükəli asteroid yaxınlaşır
21 Mart 2021
Baxış: 1221
Bu gün Yer kürəsinin yaxınlığından “2001 FO32” asteroidi keçəcək.
AJM-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.
Asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşacaq. NASA asteroidin Yerlə toqquşmaq təhlükəsi olmadığını açıqlayıb.
Bununla belə, 2 milyon km məsafə Yerə yaxın məsafə sayılır və ona görə də “2001 FO32” potensial təhlükəli asteroid sayılır.
Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci ildə Yerin yaxınlığından keçəcək.