22 May 2024
Yeni Zelandiyada deputatlara “TikTok”dan istifadə qadağan edilib

Yeni Zelandiyada deputatlara “TikTok”dan istifadə qadağan edilib

17 Mart 2023
Baxış: 260

Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda “TikTok” sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.

Bu barədə “New Zealand Herald” nəşri yazıb.

Quraşdırılmış “TikTok” tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək.

Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib ki, millət vəkilləri və parlamentin bütün əməkdaşlarına “TikTok”un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat verilib:

“Parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir. Peşə vəzifələrini yerinə yetirmək üçün buna ehtiyacı olanlar üçün güzəştlər ediləcək”.