16 May 2024
Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB

Yeni ildə qiymətlər yenidən artacaq - SƏBƏB

20 Noyabr 2022
Baxış: 372

“Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişindaşıma, dərman preparatlarının və s. qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud enməsini müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun. Amma biz bu günə kimi hansısa məhsulun ucuzlaşdırılması haqqında qərar görməmişik, hər zaman bahalaşmanın şahidi olmuşuq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimli deyib.

İqtisadçı Yeni il ərəfəsində qiymətlərin qalxmasıyla əlaqəli səslənən fikirlərə münasibət bildirib:

“Məsələn, sərnişindaşıma ilə bağlı müraciət olunub. Çünki daşıyıcı şirkətlər artıq öz borcunu-xərcini ödəyə bilmirlər. Qiymət formalaşması isə bir qaydadır. İnsanlar hər zaman düşünürlər ki, süni bahalaşma baş verir, xeyr, süni bahalaşma baş vermir.

Digər məsələlərin fonunda, yəni qiymət əmələgəlmə prosesini tənzimləyən mexanizmlər var. Bəs qiymət əmələgəlmə necə baş verir? Hər hansı bir məhsulun ərsəyə gətirilməsi üçün istifadə etdiyin xammal, vergilər, nəqliyyat xərcləri, işçilik, administrativ xərclər, vergi xərcləri toplanılır və müəyyən bir hissə üzərinə mənfəət qoyulur. Beləliklə də, qiymət əmələgəlmə prosesi bu qaydada baş verir”.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə daxili və xarici faktorlar ucbatından məhsullar bahalaşır