15 May 2024
Yəməndə qubernatora qarşı sui-qəsd həyata keçirildi

Yəməndə qubernatora qarşı sui-qəsd həyata keçirildi

10 Oktyabr 2021
Baxış: 543

Yəməndə Ədənin Qubernatoru Əhməd Lyamlyasın həyatına sui-qəsd cəhdi olub.

AJMEDİA.İNFO xəbər verir ki,belə ki, rəsmi şəxslərin olduğu avtomobil karvanına bombalı hücum həyata keçirilib.

Partlayış nəticəsində beş nəfər həyatını itirib, onlardan dördü qubernatorun mühafizəçiləridir. Qubernatorun isə xəsarət almadığı bildirilir.

Mənbə yazır ki, partlayış Ədənin qərbindəki Ət-Tavahi ərazisində baş verib.