22 May 2024
Yardımlıda avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var

Yardımlıda avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var

17 Yanvar 2022
Baxış: 399

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 16-sı saat 13:00 radələrində rayonun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və iki sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.