16 May 2024
XI sinif şagirdi Raul Rəhimovu qətlə yetirən şəxs HƏBS EDİLDİ

XI sinif şagirdi Raul Rəhimovu qətlə yetirən şəxs HƏBS EDİLDİ

25 Yanvar 2024
Baxış: 308

Gəncə şəhərində məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

AJMEDİA.İNFO xəbər verir ki, "Report"un məlumatına görə, Gəncə şəhər Məhkəməsində Gəncə şəhər sakini, Rual Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov barəsində Gəncə şəhər Prokurorluğunun təqdimatına baxılıb.

Prosesdə təqdimat təmin edilərək F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.