15 May 2024
Xanlar Ağalarova yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Xanlar Ağalarova yüksək VƏZİFƏ VERİLDİ - FOTO

01 Mart 2023
Baxış: 1679

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin edilib.

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin əmri ilə bu vəzifəyə Xanlar Ağalarov təyin olunub.

Qeyd edək ki, X. Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

2013-cü illdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirən X. Ağalarov 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. Eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.