16 May 2024
Xalq artisti Flora Kərimova MƏHKƏMƏYƏ VERİLDİ

Xalq artisti Flora Kərimova MƏHKƏMƏYƏ VERİLDİ

28 İyul 2022
Baxış: 425

Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, iddiada Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilib.

Xüsusi ittihamçı Ülviyyə Alovludur. O, müğənninin ona böhtan atdığını əsas gətirərək həbsini tələb edir.


Həmin iş Nəsimi rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.

Flora Kərimovanın vəkili bildirib ki, məhkəmə tərəfindən bildirişlər və şikayətin məzmunu onlara çatmayıb.