15 May 2024
Vyetnam Prezidenti Azərbaycan liderini təbrik etdi

Vyetnam Prezidenti Azərbaycan liderini təbrik etdi

24 Dekabr 2021
Baxış: 467

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AJMEDİA.İNFO xəbər verir ki,məktubda deyilir:

"Zati-aliləri.

Doğum gününüzün 60 illiyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim. Sizə ən xoş arzularımı bildirir və möhkəm cansağlığı, xoşbəxtlik, yüksək vəzifənizdə uğurlar diləyirəm.

Fürsətdən istifadə edərək, Azərbaycana davamlı inkişaf və firavanlıq, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini arzulayıram.

Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri bundan sonra da inkişaf edəcəkdir".