16 May 2024
Vüqar Qurbanov qalmaqallı direktoru İŞDƏN ÇIXARDI - Ramin Bayramlı təyin etmişdi + FOTO

Vüqar Qurbanov qalmaqallı direktoru İŞDƏN ÇIXARDI - Ramin Bayramlı təyin etmişdi + FOTO

29 Dekabr 2023
Baxış: 485

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru işdən çıxarılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmri ilə Azadxanov Elnur Ramazan oğlu vəzifəsindən azad olunub.

Onun hansısa bir yerə təyinat alması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Elnur Azadxanov TƏBİB İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı əmri ilə sözügedən vəzifəyə təyinat almışdı. Onun adı bir neçə qalmaqlda hallanıb.