15 May 2024
Vilayət Eyvazov polis kapitanını rəis TƏYİN ETDİ

Vilayət Eyvazov polis kapitanını rəis TƏYİN ETDİ

11 Oktyabr 2021
Baxış: 735

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

AJMEDİA.İNFO-nun oxu.az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Nicat Hüseynov Cəlilabad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Samux Rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsində çalışıb.