15 May 2024
Vilayət Eyvazov bu məmurun oğlunu DYP rəisi TƏYİN ETDİ - FOTO

Vilayət Eyvazov bu məmurun oğlunu DYP rəisi TƏYİN ETDİ - FOTO

18 Aprel 2023
Baxış: 381

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Vüsal Qələndərov təyinat alıb. O, bu təyinatadək Abşeron DYP-də baş inspektor işləyib.

Qeyd edək ki, V. Qələndərov Bakı Beynəlxalq Avtovağzalının direktoru Qəhrəman Qələndərovun oğludur. Qəhrəman Qələndərov daha əvvəl Nəsimi DYP-nin rəisi olub.

Xatırladaq ki, Binəqədi DYP-nin rəisi Cəmşid Hənifəyev təqaüdə göndərilib.