15 May 2024
“Vaqner”çilərlə birlikdə döyüşmək istəməyən azərbaycanlılar işgəncəyə məruz qaldılar - VİDEO

“Vaqner”çilərlə birlikdə döyüşmək istəməyən azərbaycanlılar işgəncəyə məruz qaldılar - VİDEO

26 İyun 2023
Baxış: 341

Ukraynada müharibə davam edir.

AJMEDİA.İNFO Baku.tv-yə istinadən xəbər verir ki, Rusiya Ordusu tərəfindən Çerniqov, Çerkassı və Poltava vilayətlərinə hava hücumu təşkil olunub.

“Üç “Caliber” raketi, beş İran istehsalı dron, dörd istehsal mənbəyi bilinməyən PUA-larla hücuma cəhd edilib. Nəticədə Çerniqov vilayəti dağıntılara məruz qalıb”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Zaporojye Atom Elektrik Stansiyası istiqamətində vəziyyət olduqca gərgindir. Rusiyanın Kaxovka Su Elektrik Stansiyasından sonra Zaporojyedə də böyük partlayış törətməsi ehtimalı var. O da bildirilib ki, “Vaqner” şirkəti Donetskdə separatçıların nəzarəti altında olan həbsxanalarda məhkum azərbaycanlıları döyüşə cəlb etməyə cəhd göstərib:

“Lakin həmyerlilərimiz bundan imtina ediblər. Nəticədə onlar “Vaqner”çilər tərəfindən işgəncəyə məruz qalıblar və razı olmayacaqları təqdirdə onları daha ağır vəziyyətin gözləyəcəyi bildirilib”.