16 May 2024
Van Dammın oğlunun Bakıdakı görüntüləri maraqla qarşılandı - VİDEO

Van Dammın oğlunun Bakıdakı görüntüləri maraqla qarşılandı - VİDEO

02 Sentyabr 2022
Baxış: 410

Azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm Bakıya gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, cütlük paytaxtdakı məkanların birində dostları ilə səhər yeməyi yeyib.

Suada çəkiliş apararkən isə azan səslənib.

Suada Krisdən Azərbaycan mətbəxini bəyənib-bəyənmədiyini soruşub. “Yox, bəyənmədim, sevdim”, - deyə Kris cavab verib.

Onların bu görüntüləri maraqla qarşılanıb.

Qeyd edək ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.