22 May 2024
"Vahid Əhmədov özü rüşvət məsələsinin içindədir" - Milli Məclisdə QALMAQAL

"Vahid Əhmədov özü rüşvət məsələsinin içindədir" - Milli Məclisdə QALMAQAL

25 Aprel 2023
Baxış: 362

"Vahid Əhmədov bir neçə məsələlərlə bağlı fikir bildirərkən Azərbaycanın demokratik hüquqi siyasətini nəzərə almadı. Belə anladım ki, Vahid Əhmədov özü vurğuladığı rüşvət məsələsinin içindədir".

AJMEDİA.İNFO xəbər bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Məmmədov deyib.

Millət vəkili Vahid Əhmədovu parlament seçkilərini şübhə altına almaqda qınayıb:

"Vahid Əhmədov dövlətin qurucususu Heydər Əliyevlə özünü bir tutur. Bu vaxtadək Azərbaycanda keçirirlən seçkiləri şübhə altına alır. İndiki dövrdə müxalifət olmağın çətin olduğunu deyir. Yəni bu o deməkdir ki, indiki iqtidar müxalifətə seçkilərdə iştiraka imkan vermir. Amma Azərbaycan müxtəlif partiyalara seçkilərdə iştirak etməyə imkan verir.(sfera.az)