15 May 2024
Ukraynanın bərpasına 411 milyard dollar vəsait lazımdır

Ukraynanın bərpasına 411 milyard dollar vəsait lazımdır

23 Mart 2023
Baxış: 770

Dünya Bankı , Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasının dəyərini 411 milyard dollar həcmində qiymətləndiriblər.

Bu barədə “Reuters” məlumat yayıb.

Nəşr qeyd edib ki, bu məbləğ Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.

Tərəflərin fikrincə, Ukrayna bu il yenidənqurma üçün 14 milyard dollar həcmində investisiyaya ehtiyac duyur. Hesabatda bildirilib ki, Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb.