22 May 2024
Ukraynalı fermer rus tankını ələ keçirərək həyətinə apardı - VİDEO

Ukraynalı fermer rus tankını ələ keçirərək həyətinə apardı - VİDEO

28 Fevral 2022
Baxış: 694

Rus qüvvələrinin işğal etməyə çalışdığı Ukraynada lentə alınan görüntülər sosial mediada böyük maraqla qarşılanıb.

AJMEDİA.İNFO xəbər verir ki, görüntülərdə ukraynalı fermerin rus tankını traktoruna bağlayaraq, qaçırdığı əks olunub. Məlumata görə, zirehli texnika MT-LB tankıdır. Zirehli texnikanın üzərinə hava hücumundan müdafiə sistemləri və müxtəlif silahlar yerləşdirilə bilir.

Güman edilir ki, rus tankının yanacağı bitdiyi üçün yolda tərk edilib. Ukraynalı fermer də tankı ələ keçirib. Fermer tankı həyətinə aparıb. (Kanal.az)