16 May 2024
Ukraynadan YENİ XƏBƏR: Rusiya atəşkəsə RAZILAŞDI

Ukraynadan YENİ XƏBƏR: Rusiya atəşkəsə RAZILAŞDI

14 İyul 2022
Baxış: 391

Rusiya İstanbulda Ukrayna taxılına dair danışıqların nəticəsi olaraq yüklərin daşınması müddəti üçün atəşkəsə razılaşıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə BMT-nin dəstəyi ilə silah qaçaqmalçılığının qarşısnı almaq üçün daşımalarda iştirak edən gəmiləri yoxlayacaq.Öz növbəsində, BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq vurğulayıb ki, BMT danışıqlardan sonra müsbət bəyanatlar gözləyir.

"Mən liderimi qabaqlamayacağam. Baş katib tezliklə sizinlə görüşəcək. Ancaq qeyd etmək lazımdır ki, biz bunun müsbət bir şey olduğuna inanırıq", - o, danışıqların nəticəsi ilə bağlı sualı cavablandırarkən deyib.