22 May 2024
Ukrayna ordusu Xersona ağır zərbələr endirməyə başladı: “Bu, başlanğıcdır”

Ukrayna ordusu Xersona ağır zərbələr endirməyə başladı: “Bu, başlanğıcdır”

29 İyul 2022
Baxış: 432

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xerson vilayətində qurduğu hərbi obyektlərinə zərbələr endirib.

AJMEDİA.İNFO xəbər verir ki, Xerson vilayət şurası rəhbərinin birinci müavini Yuri Sobolevski mülki əhalini işğalçıların silah-sursat anbarlarından və Rusiya texnikasının cəmləşdiyi yerlərdən uzaq durmağa çağırıb.

“Ukrayna ordusu rusların üzərinə ağır zərbələr endirir və bu, yalnız başlanğıcdır. Əgər siz evakuasiya oluna bilmirsinizsə, rusların hərbi infrastrukturunun obyektlərindən və yerləşdirilmə yerlərindən mümkün qədər uzaq durun. Həyatınız, sağlamlığınız və yaxınlarınızın həyatı hərəkətlərinizdən asılı ola bilər. Ukrayna Silahlı Qüvvələri zərbələri davam etdirəcək, çünki xalqımızı və regionumuzu azad etmək üçün başqa yol yoxdur”, - o yazıb.

Bundan əvvəl rus ordusunun hərbi bazaya çevirdiyi Xerson vilayətinin Brilevka və Novokaxovskaya SES-i ərazisindəki anbarlara döyüş sursatı gətirdiyi haqda məlumatlar yayılıb.(teleqraf.com)